Əfqanıstanda "Canlı bomba" özünü partlatdı: məktəblilər yaralandılar

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətində güclü partlayış baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Məlumata görə, bu partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib.

Yaralananlar arasında məktəblilərin də olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.