Lalə Məmmədova 40 yaşını belə qeyd etdi

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Lalə Məmmədovanın ad günü olub.

Day.Az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni özəl günündə konsert verib.

40 yaşı tamam olan Lalənin konserti Beynəlxalq Muğam Mərkəzində baş tutub. Sənətçi repertuarındakı sevilən mahnıları gecənin qonaqları üçün səsləndirib.

L.Məmmədovanı dinləməyə gələnlər arasında sənət adamları da yer alıblar. Onlar müğənni üçün hədiyyələr gətiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.