Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Niyam Salami həmkarı Samir Piriyevlə birlikdə yeni biznesə başlayıb.

Oxu.Az xəbər verir ki, sənətçilərin Türkiyənin turizm cənnəti adlandırılan Bodrumda "Nissa" adlanan restoranı ötən gündən etibarən fəaliyyətə başlayıb.

Restoranın bütün dekorasiya işləri ilə maraqlanan Niyam və Samir Azəbaycan mətbəxini Türkiyədə sevdirmək, tanıtmaq iddiasındadırlar.

Qeyd edək ki, həmin restoranda sənətçilər özləri də səhnəyə çıxacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.