Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Quba yolunda ağır qəza olub.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var