Şəfa balzamı

Day.Az представляет новость на азербайджанском языке

Süd zərdabı haqqında yəqin ki, eşitmisiz. İnsanın bağırsaq və immun sistemi üçün vacib olan laktozanın mənbəyidir. Dünyanın bütün müalicə sanatoriyalarında kosmetik və müalicəvi məqsədlə istifadə olunur. Çünki orqanizm üçün çox vaciblidir. Hələ də bilmirsizsə, evdə hazırlaya bilərsiz.

Day.Az medicina.az-a istinadən bildirir ki, süd zərdabı bağırsağın mikroflorasını aktivləşdirir, faydalı bakteriyaları artırır, həzmetməni yaxşılaşdırır. İltihab yaradan bakteriyaları məhv edir, qaz, köp yaranmasının qarşısını alır. Bu primitiv maddə möcüzəvi təsirlə sanki orqanizmi oyadır, normal iş tempinə salır, immuniteti möhkəmləndirir. Müntəzəm istifadə etdikdə, energetik balans yaranır. Məsləhətdir ki, hər gün səhər yeməyindən öncə 1 stəkan içilsin.
Bu zərdab sizin əhvalınızı da qaldıracaq, çünki xoşbəxtlik hormonu serotonini sintez edir. Beyinin tonusunu yaxşılaşdırır, yaddaşı gücləndirir, emosional vəziyyəti düzəldir, insanı stress və yorğunluqdan çıxarır.  Kosmetik məqsədlə üz və saçlara çəkmək olar. Yeri gəlmişkən, qədimdə qızlar çay kənarında saçlarını qatıqla yox, məhz süddən süzülən bu zərdabla yuyardılar.

Süddən ev şəraitində zərdab süzülməsi qaydası:

1 litr təzə kənd südünü bişirib, bir qaba töküb, isti yerdə turşumağa qoyursuz. Turşuyandan sonra onu orta odda qaynamağa imkan vermədən qızdırırsız. Qətiyyən qaynamamalıdır. Sonra soyudub, bir neçə qat tənzifdən süzürsüz. Süzülmüş şəffaf hissə süd zərdabıdır. Tənzifin üzərində qalmış kəsmik kimi hissəni də müxtəlif cür istifadə edib yeyə bilərsiz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.