Azərbaycanda bu aparıcılar efirdən getdi

Day.Az представляет новость на азербайджанском языке

Yerli telekanalların bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

Proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Xəzər TV-də yayımlanan "Oyan Azərbaycan"ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.


Day.Az oxu.az-a istinadən bildirir ki, ARB telekanalında yayımlanan "Şənbə səhəri" verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.

ARB TV-də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam" verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.
"Azad Azərbaycan" telekanalında da dəyişiklik olub. Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam" verilişini bir neçə gündür Cavid Gül aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.