Göyçayda ATS yanıb

Day.Az представляет новость на азербайджанском языке.

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində rayonun Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.

Ərəbcəbirli bələdiyyəsinin binasında yerləşən Göyçay Telekommunikasiya Qovşağının kənd üzrə Avtomat Telefon Stansiyasında (ATS) baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı 12 kvadratmetr sahəsi olan otaqda yerləşən elektron ATS aparatı, naqillər, texniki avadanlıqlar yanaraq yararsız hala düşüb. Yanğın səbəbindən Ərəbcəbirli kəndindəki abonentlərə rabitə xidməti dayanıb.

Yanğınsöndürənlər alovun 144 kvadratmetr sahəsi olan bələdiyyə binasının bütün ərazisinə yayılmasının qarşısını alıblar. Hadisənin elektrik naqilində qısa qapanma səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.