Dilarə Kazımovadan Xocalı soyqırımına ithaf: 613

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Dilarə Kazımova və Fransada Caz Akademiyasında dərs alan yeganə azərbaycanlı Etibar Əsədli yeni layihəyə imza atıblar.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Xocalı faciəsinin 26-cı il dönümü münasibətilə "613" adlı musiqi parçasını ərsəyə gətiriblər.

Layihədə muğamımıza da yer verən sənətçiləri Etibar Əsədlinin atası, Sahib Əsədli müşayiət edib.

Muğam və cazın sintezləşdirildiyi əsərdə muğam hissəsini Sahib Əsədli ifa edib.

Nigar Məmmədli və Roman Minayevin ekranlaşdırdığı videoda Dilarə Kazımovanın ağlaması diqqət çəkib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Dilarə Kazımovadan Xocalı soyqırımına ithaf: 613