Azərbaycanın dövlət xəritəsi səməni formasında

Day.Az представляет новость на азербайджанском языке

Kəlbəcər sakini novruzun atributlarından olan maraqlı formada səməni hazırlayıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, 4 ildir xəritə şəklində səməni hazırlayan Samirə bu dəfə ən böyük səmənisini cücərdib.

Samirə xanim öncə xəritənin eskizlərini hazırlayıb. Deyir  xəritə şəklində səməni cücərtmək o qədər də asan deyil, diqqət və qayğı tələb edir. O,bu formada  səmənini hazırlmaq ideyasını vətənpərvərlik hisslərindən irəli gəldiyni deyir.

Səməni şəklində cücərdilən xəritədə Azərbaycanın işğal altında olan Qarabağ ərazisi isə göyərdilməyib.

Səməninin ərsəyə gəlməsi 2 həftəyə başa gəlib.

Samirə deyir ki, xəritə şəklində səməniləri məktəblərə hədiyyə edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın dövlət xəritəsi səməni formasında