Bakıda kişini avtomobil vurub

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.