Nigarın açıq-saçıq fotosu tənqid edildi

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2011" qalibi Nigar Camal sosial şəbəkədə paylaşdığı cəsarətli fotosu ilə gündəmə gəlib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ağ qısa geyimdə fotokamera qarşısına keçib.

Nigarın sözügedən fotosu tənqidlərə səbəb olub. İnstaqram izləyiciləri onun çox açıq-saçıq geyindiyini vurğulayıblar. Nigar şəklinə "Kişilər nə qədər qadınlar haqda pis düşünürsə, əmin olun ki, qadınlar da onlar barəsində bir o qədər pis fikirləşir" şərhini yazıb.

Nigar tənqidlərin qarşısını almaq üçün şəklindəki şərh hissəsini bağlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.