Telefonla çimən Hüqonu "tok" vurub, öldürdü

Day.Az представляет новость на азербайджанском языке

Vanna otağına telefonla girən gənc elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, Belçikada Hüqo adlı gənci şarj alətinə bağlı telefonla vannada çimdiyi zaman "tok" vurub. Belə ki, elektrik cərəyanına qoşulmuş şarj aləti suya düşüb.

Ölüm hadisəsindən sonra sakinlərə xəbərdarlıq edilib. Hamamda telefon istifadəsi zamanı diqqətli olmaq tövsiyyə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.