Mikroavtobus qəzasında xəsarət alanların hamısı qadındır

Day.Az представляет новость на азербайджанском языке

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxsləri kimliyi müəyyənləşib.

Day.Az APA-ya istinadən xəbər verir ki, onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 
 
Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.
Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.