Ronaldu ilə sevgilisi qar tətilində

Day.Az представляет новость на азербайджанском языке

33 yaşlı futbolçu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqezlə tətilə yollanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün budəfəki seçimi günəşli hava və çimərlik deyil, qarlı dağlar olub. Vetolyotla hava səyahəti edən Ronaldu ilə Corcina sosial şəbəkədə romantik fotolarını paylaşıb. Kriştianu şəkillərdən birinə "Möhtəşəm gün" sözlərini yazıb.

Qeyd edək ki, Ronaldu ilə Rodriqezin bir ay əvvəl qızı dünyaya gəlib. Futbolçunun surroqat ana vasitəsilə dünyaya gələn daha 3 övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.