“Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var”

13 марта 2018 12:01

Day.Az представляет новость на азербайджанском языке

"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir".

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, bu məsələ öz həllini tapsın".

 

İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!