Qaradağda yol polisi magistralda piyadalara belə kömək edir

Day.Az представляет новость на азербайджанском языке

Ərazidə YPXA-nın 6-cı tağımının əməkdaşları xidmət aparır

Yol polisləri hər gün magistral yolda vətəndaşların qarşı tərəfə keçməsi üçün yardım edir. Day.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən ərazisində vətəndaşların rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçməsini təmin etmək məqsədilə BDYPİ-nin əməkdaşları xidmət aparır. Avtomobillərin sürətli hərəkət etdiyi yolda nizamlayıcı onların hərəkətini dayandıraraq sakinlərin yolu keçməsi üçün şərait yaradır. Avtosfer.az-ın əməkdaşı ərazidə çəkiliş apararkən vətəndaşlar yol polisinin bu addımından razılıq ediblər. Həmçinin təklif olunub ki, ərazidə yerüstü piyada keçidi olsa həm piyadalara rahat olar, həm də sürücülər hərəkət edə bilərlər. Yol polisi isə əlavə əziyətə düşməz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Qaradağda yol polisi magistralda piyadalara belə kömək edir