Qəzadan öncə toya hazırlaşan qızın nişanlısı ilə son danışığı ortaya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

İranda Türkiyəyə məxsus özəl sərnişin təyyarəsinin qəzaya düşməsindən sonra 11 nəfərin həlak olmasından sonra tükürpədən detallar ortaya çıxmaqda davam edir.

Milli.Az Posta-ya istinadən xəbər verir ki, "Başaran Holding"in sahibi Hüseyin Başaranın qızı Mina Başaran rəfiqələri ilə Dubaydan subaylığa vida partisindən qayıdarkən təyyarəyə minməmiş saat 16:30 radələrində nişanlısına zəng edərək "Sevgilim, 5 saat sonra yanındayam" dediyi məlum olub.

Qeyd edək ki, Mina Başaran (28) 6 ildir iş adamı Murat Gezer ilə birlikdə idi. Keçən ilin 20 oktyabr tarixində "Soho House"da nişanlanan cütlüyün toyu 14 apreldə "Çırağan Sarayı"nda olacaqdı. 

Murat Gezer də sevgilisinə sürpriz etmək üçün qarşılamağa Atatürk Hava limanına gedəcəkdi. Acı xəbəri aldığından bəri Minanın ailəsinin evində olan Murat Gezer sakitləşdirici həblərlə özünü idarə edir. Murat Gezerin tez-tez "İnanmıram. Mina gələcək" deyərək ağladığı deyilir.

Ana Beril Başaran qızının cənazəsini götürmək üçün İrana gedib. Gələn ay qızlarının toyuna hazırlaşan Hüseyin-Beril cütlüyü indi onu dəfn etməyə hazırlaşır.

Beril xanım həyat yoldaşına: "Qızım məni çağırdı. Onu oradan götürüb, mən özüm gətirəcəm. Sən burada qal" deyib. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranda özəl türk təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanların ailələrinə zəng edərək başsağlığı verib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qəza öncəsi toya hazırlaşan qızın nişanlısı ilə son danışığı ORTAYA ÇIXDI