Tələbələr arasında "61!" oyunu üzrə çempionat davam edir!

Day.Az представляет новость на азербайджанском языке

AzTV telekanalında tələbər arasında "61!" oyunu üzrə 2018-ci il çempionatı keçirilir. Qələbə uğrunda Azərbaycanın 19 ali təhsil müəssisəsindən 27 tələbə mübarizə aparır.

Veriliş Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həftənin çərşənbə günləri, saat 21:30-da efirə çıxır.

Veriliş Amerikanın populyar "Jeopardy!" televiziya oyununun lisenziyalı versiyasıdır. 61 sualdan ibarət olan oyun "61!" adlanır, - iki raundun hər birində 30 sual səslənir, oyunun sonunda isə iştirakçılara final sualı verilir.

Tələbə çempionatı olimpiya sistemi üzrə keçirilir və 13 verilişdən 1/9 finalda 9 oyundan, üç 1/3 finaldan və böyük finaldan ibarətdir.

Çempionatın qalibi 5000 AZN məbləğində pul mükafatı qazanacaq.

İlk oyunda Bakı Ali Neft Məktəbinin tələbəsi Əbdul Bağırov, Bakı Dövlət Universitetinin tələbəsi Ayşə Mustafayeva və Bakı Slavyan Universitetinin tələbəsi Gülnar Baxşıyeva qarşılaşırlar.

Bu oyun çərşənbə günü, martın 14-də, saat 21:30-daAzTV telekanalında yayımlanacaq.

Ötən verilişdə Bakı Mühəndislik Universitetitin tələbəsi Namiq Quluzadə 260 xal toplayaraq oyunun qalibi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.