"Gah başımızdan vururlar, gah ayağımızdan dartırlar"

Day.Az представляет новость на азербайджанском языке

Dağlıq Qarabağdakı separatçıların lideri, terrorçu Bako Saakyan sabah ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqresdə görüşlər keçirməyi planlaşdırır.

Ermənistan mediasında yer alan xəbərlərə görə, B.Saakyana güya "mükafat" da veriləcəkmiş.

Azərbaycan müxalifətindəki REAL hərəkətinin liderlərindən biri Erkin Qədirli olayla bağlı Facebook səhifəsində yazıb: "ABŞ Konqresmenləri belə adamların "Prezident"ini (Bako Saakyanı) Washington'a çağırıblar, orada ona çıxış etmək imkanı yaradırlar. 2003-cü ildə də, Ermənistan'ın o zamanki Prezidenti Robert Koçaryan Moskvada səfərdə olarkən, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllimlər və tələbələr qarşısında çıxışı zamanı bunları söyləmişdi: "Ermənilərlə azərbaycanlılar arasında genetik uyğunsuzluq var". Serj Sarqsyanın da Xocalıyla bağlı söylədikləri ortadadır. Amma dünyada bunlara kimsə önəm vermir, etiraz bildirmir. Bizimsə gah başımızdan vururlar, gah ayağımızdan dartırlar".

Erkin Qədirli bu işdə günahı özümüzdə axtaranlarla razı deyil. Onun fikrincə, problem bizdən qaynaqlanmır, çünki "erməniləri bizdən üstün tutmaq" - Rusiyanın da, Qərbin də, İranın da ortaq maraqlarından doğan bir strateji yanaşmadır.

"Bu, heç də ermənilərin sevildiyi, ya da bizim sevilmədiyimiz anlamına gəlmir (gəlməməlidir) - siyasətdə duyğulara yer yoxdur. Sadəcə, ermənilər, daha doğrusu "Erməni mövzusu" güclü dövlətlərin karına gəlir, onların hər birisi bu mövzudan özü üçün fayda götürür. Oyaq və ayıq olmalıyıq!" - E.Qədirli yazıb.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.