Kadir İnanır əməliyyatdan sonra ilk dəfə jurnalistlərin qarşısına çıxdı

Day.Az представляет новость на азербайджанском языке

"Yeşilçam" aktyoru Kadir İnanır keçirdiyi beyin əməliyyatından sonra ilk dəfə media nümayəndələrinin qarşısına çıxıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Jülide Kural və həkimləri ilə mətbuat konfransı keçirən aktyor səhhətinin yaxşı olduğunu və şayiələrə inanmamağı söyləyib:

"Bir az təhlükəli bir hadisə ilə rastlaşdıq. əvvəlcə inanclı biri olduğum üçün, daha sonra isə türkiyə həkimlərinə güvəndiyim üçün hazırda sağlam bir insan olaraq qarşınızdayam. Bu, böyük şans, böyük xoşbəxtlikdir. Bir aydır hər yerdən mənə göstərilən sevgi, hörmət və qayğının sevincini yaşayıram. Mənə bu xoşbəxtliyi görməyi nəsib edən həkimlərimdən başqa heç kimin sözlərinə inanmayın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.