Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT

13 марта 2018 15:45

Day.Az представляет новость на азербайджанском языке

Artıq neçənci dəfədir ki, geolokasiya yerində Azərbaycan rayonlarının adlarını qondarma sovet-erməni adları ilə verildiyinin şahidi oluruq. "Google" xəritədə bəzi Azəbaycan rayonların adları ermıni və rus dilində verilir. Beyləqan rayonu "Jdanovsk" kimi qeyd olunub.Bütün bunlar hansı xəritəyə uyğun verilir? Nəyə əsaslanırlar? Bu artıq dövlətimizə qarşı növbəti təxribatdır. Tarixi dəyişmək üçün əvvəlcə göz öyrəşdirilir. Bununla bağlı BiG.AZ saytı araşdırma aparıb. 

Bununla bağlı Big.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, uzun müddətdir ki, bu metoddan istifadə edib çaşqınlıq yaradırlar: 

"Ermənilər hər şeyi özünküləşdirirlər. İnternetdə iki cür xəritə xidmətləri təklif edilir. Elə xəritələr var ki, istifadəçilər tərəfindən düzəliş etmək mümkün deyil. Xəritələr şirkət tərəfindən hazırlanır. Xəritədə istidadəçi tərəfindən düzəliş etmək imkanı yoxdursa, şirkət tərəfindən hazırlanırsa bütün məsuliyyət şirkətin üzərindədir. Google, Aplle və Yandex şirkətləri xəritə xidmətləri göstərir. Araşdırmaq lazımdır ki, onlar xəritə ilə bağlı məlumatı haradan alıb, bazalarına daxil ediblər?! Onlar xəritə ilə bağlı məlumatı Azərbaycanda bununla məğul olan rəsmi qurumlardan almalıdırlar. Yerli qurumlardan soruşulmalıdır ki, xəritə tədbiq edən şirkətlərlə əlaqəniz varmı. Onlar xəritələri kimdən alırlar? Bizim xəritələrlə məşğul olan dövlət qurumların bu şirkətlərlə əlaqəsi yoxdursa bu əlbəttə xoşagəlməz haldır. Bizdə xəritə ilə bağlı məsul olan şirkətlərdə bununla bağlı şöbə olmalıdır. Rayonun adı dəyişiləndə xəritədə düzəlişlər edilməlidir. Əlbəttə məlumatı biz verməliyik. Bu istiqamətdə bizim qurumların gördüyü işləri yetəri hesab etmirəm". 

Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT

Osman Gündüz vurğulayıb ki, adını sadaladığım şirkətlər elə xəritə xidmətləri də göstərir ki, məlumatı istənilən istifadəçi dəyişə bilər: "Bununla bağlı görülən tədbirlər yetərli nəticə verməyə bilər. Amma istənilən halda bizim istifadəçilərimiz də, dövlət qurumları da bu məsələni diqqətdə saxlamalıdır. Bizim istifadəçilərin aktiv olması, yalnış informasiyalar haqqında məlumatlar verilməsi vacibdir. Eləcə də rəsmi qurumlarımız da bununla bağlı müvafiq addımlar atmalıdır". 

Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, onlayn xəritələrdə Azərbaycan ərazilərinin erməni dilində yazılması düşmənlərimizin ölkəmizə qarşı növbəti təxribatıdır: "Ona görə də bu məsələ ekspertlərlə müzakirə olunub ictimailləşdirilməlidir. Rabitə və Texnologiya Nazirliyi tez bir zamanda müvafiq addımlarını atmaldır ki, bu biabırçılıq aradan qaldırılsın. Biz siyasətçilər bunu pisləyir, bu biabırçılığın tezliklə ortadan qaldırılmasını tələb edirik. Mütəxəsislərimiz bununla bağlı tədbirlərini görməlidir. Çünki bu çox aktual məsələdir". 

Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT

Deputat Aydın Mirzəzadə söyləyib ki, Ermənistandan daim bu cür yaramazlıq və təxribat gözləmək olar: "Sizə təşəkkür edirik ki, bu cür tarixi saxtakarlığı ortaya çıxarmısınız. Şübhəsiz Rabitə və Texnologiya Nazirliyi bununla bağlı "Google" rəhbərliyinə müraciət etməlidir. Çünki Google istənilən məlumat yerləşdirilə bilər. Sistem bəzən tarixi həqiqətləri bilməyə bilər. Düşünürəm ki, Azərbaycan tərəfindən müəyyən addımlar atmalıdır". 

Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan Azərbahacana qarşı təkcə işğalçılıq siyasəti aparmır: "Bunun biz fərqində olmalıyıq. Bu gün dünyada informasiya və kibermüharibələr də aktualdı. Ermənilər bu istiqamətdədə ölkəmizə qarşı müharibə aparır. Bu, son dərəcə təhlükəli və dünya ictimaiyyətini çaşdırmağa hesablanıb. İnformasiya texnologiyalarından bütün dünya geniş istifadə edir. Googlmaps həmçinin ən çox baxılan və istifadə edilən informasiya məkanıdır. Burada ermənilərin Azərbaycan ərazilərini ermənicə göstərməsi üçün apardığı iş təssüf ki, Google tərəfindən nəzərə alınıb. Azərbaycan bu məsələlərdə qətiyyət göstərməli, informasiya texnologiyalardan istifadə edib Ermənistana hücuma keçməlidir. Nə qədər ki, müdafiə və gözləmədə olcağıq o qədərdə düşmən tərəf əleyhimizə işləyəcək. Googlda erməni avantürası birinci dəfə deyil. Hesab edirəm ki, burada şirkətin rəhbərliyinində günahı var".


Xəritəmizə qarşı TƏXRİBAT: Mütəxəsislərimiz bununla bağlı tədbir görməlidir - FOTOFAKT

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!