Qızının cənazəsini görə bilməyən ananın bu sözləri ürək parçaladı

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan, Başaran Holdingə məxsus özəl təyyarə qəzaya uğrayıb, 11 qadın həyatını itirib.

Big.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Hüseyin Başaran subaylığa vida partisindən qayıdan qızı və onun 7 rəfiqəsi üçün göz yaşı tökərək "Bu təyyarədən dünyada yüzlərləsi var. Niyə bizimki, niyə bizimki?" deyərək bu sözləri təkrarlayıb.

Qızını faciəvi şəkildə itirən ana Beril Başaran eşitdiyi bu acı xəbərdən hələ də özünə gələ bilməyib. O, ilk təyyarə ilə İrana uçub və ərinə "Qızım məni çağırdı. Onu oradan özüm gətirəcəyəm. Sən burda qal" deyib.

Lakin cənazənin ölkəsinə göndərilməsi prosesi uzun çəkəcəyinə görə Beril Başaran qızının cəsədini görə bilməyib və həmin axşam da geriyə qayıtmaq məcburiyyətində qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.