Abşeron yarımadasında 9 göl bərpa olunacaq, Böyükşorun bir hissəsi qurudulacaq

13 марта 2018 16:04

Day.Az представляет новость на азербайджанском языке

"Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.

E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək".

İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var:

"Bundan başqa, cari ilin payızında Zığ gölünün 100 hektar sahəsinin bərpası üzrə layihə işləri başa çatdırılacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!