Gələcəkdən gəldiyini iddia edən adam

Day.Az представляет новость на азербайджанском языке

Aleksandr Smit adlı şəxs 2118-ci ildən götürdüyü bir fotoya sahib olduğunu iddia edir. "Youtube"dakı videosunda zamanda səyahət edən ilk adlardan biri olduğunu deyən Aleksandr Smit, hər şeyin 1981-ci ildə başladığını bildirib. Aleksandr Smit indi də ədədi loto kimi şans oyunları haqqında bəyanatlar verir.

1981-ci ildən bəri "səyahət edən" qoca gizli bir CIA məqaləsində yer aldığı üçün gələcəyin nəyə bənzədiyini gördüyünü söyləyir. "Youtube"dakı videoda keçmiş gizli xidmət operatoru, "CIA məni axtarır və mən də gizlənərək yaşayıram" deyə zaman səyahətindən bəhs edərək həyatını təhlükəyə atdığını "etiraf edir.

Smit "2118 ilini çox gizli bir CIA missiyasının bir hissəsi olaraq ziyarət etdim. Bildiyimə görə, zaman səyahətinin uğurla başa çatdığı ilk vaxtlardan biri idi. Gələcəyə və sonra da keçmişə getdim. Hamısı 1981-ci ildə baş verdi". "Bu gün sizə göstərəcək bir şeyim var. Bu şəkil 2118-ci ildə çəkilib və ora getdiyimi yer, şəhərdi. Bu rəsmi necə çəkdiyimi heç vaxt unutmayacağam. İçəri girmədim şəhərin kənarında idim."

Qarşıdakı əsrlərdə dünyanın necə bir hala gələcəyini aydınlaşdıran yaşlı adam, dünyanın necə göründüyünə, fəzalarla aparılan danışıqlara, yeni bir dilin ortaya çıxdığına və iqlim dəyişikliyinin dəhşətli həddə çatdığına dair bəzi iddiaları da sıralayır.

Zaman səyahətçisi belə deyib: "Əcnəbilər bizi ziyarət edir, dünyaya gələn ağıllı planetlilər var. İlk əvvəl 21-ci əsrin ortalarında səfər edirlər."

Gizli hökumət vəzifəsi ilə 2118-ci ilə getdiyini bildirən Aleksandr Smit deyib, "maddi gücümü artırmağa yönəlmiş hər şey CIA tərəfindən qadağan olunmuşdu. CIA-nın vəzifəm çərçivəsində çox yaxşı ödəmə etdiyini anlaya bilərsiniz. Az olmayan miqdarda ödəniş aldım və buna görə şans oyunları rəqəmlərini almağım üçün heç bir səbəb yox idi."

Smit şans oyunlarının rəqəmlərini almağa cəhd göstərsəydi bu vəziyyətin bəşəriyyətin gələcəyi naminə fəlakətə səbəb ola və bir zaman paradoksu yaradacağını bildirir. Smitə görə qlobal isinmə, yüksələn dəniz səviyyəsi və atmosferdə artan karbondioksid miqdarı kimi mühüm ətraf mühit şəraitinə qarşı tez bir zamanda tədbir alınması lazımdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.