Məhkəmədə faciə: şahidin üzərinə atıldı, güləlləndi - VIDEO

13 марта 2018 18:43

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərinin məhkəməsində qanlı olay yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhərdəki küçə bandalarından birinin üzvü, 25 yaşlı müttəhim Siale Aneqilau iclas əsnasında şahid ifadə verərkən yerindən durub, vəkilinin qarşısındakı qələmi götürüb. Daha sonra o, rəqib bandanın üzvü olan şahidin üzərinə atılaraq onu öldürmək istəyib.

Şahid yerindən atılaraq zərbədən yayınıb. Qadın polis zabiti ona 4 dəfə atəş açaraq Anqilaunu güllələyib. Bu zaman digər polis zabiti qışqırırdı: "Qələmi at! At o qələmi!"

Siaelinin vəkili masanın altına girib, prokurorlar isə şokda idilər. Aqilau aparıldığı xəstəxanada keçinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
В США опубликовали видео стрельбы в зале суда, где на свидетеля напал с карандашем ответчик

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!