Tramp Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə ayındlıq gətirib.

Trend.az bildirir ki, D.Tramp jurnalistlərə bildirib ki, bu məsələni R.Tillersonla çoxdan müzakirə edib:

"Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır".

R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib:

"Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi - red.) ilə isə fikirlərimiz eynidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.