Pələng sahibini parçalayıb, yedi

Day.Az представляет новость на азербайджанском языке

Çindəki heyvanxanaların birində daha bir ölüm hadisəsi baş verib.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, sirkə hazırlıq məşqləri zamanı pələng balacalıqdan onu bəsləyib, saxlayan sahibinin üstünə hücum edib, boğaraq öldürüb, sonra da parçalayıb.

Wu adlı şəxsi pələngin pəncələrindən xilas etmək mümkün olmayıb. Hadisə Fuijan vilayətində baş verib.

Heyvanxananın müdiri bildirib ki, pələng öldürdüyü şəxsin əlində böyümüşdü, o, əhlilləşdirilmişdi, yırtıcı deyildi. Anidən hücum edib, sahibini boğdu.

Həmin anlar mobil telefonla kameraya çəkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Pələng sahibini parçalayıb, yedi