Boy uzatma dələduzluğu: İnternetdə bu cür proqramlarla insanlar aldadılır?

Day.Az представляет новость на азербайджанском языке

Boylarının qısa olması bir çox hallarda insanlarda kompleksə çevrilir. Elə buna görə də bunu aradan qaldırmaq üçün müxətlif vasitələrdən istifadə edirlər. Sosial şəbəkələrdə peyda olan bəzi işbazlar isə bunu fürsət bilib həmin insanları hədəfə alıblar. Onlar 6 aya insanların boyunu 12 santimetr uzadacaqlarını bildirirlər. Hər nə qədər real görünməsədə onlara inanıb aldananlar da az deyil.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bəzi hərəkətləri evdə etməklə boyu 12 sm -ə qədər uzatmağın mümkün olduğu iddia edilir.Hətta bəzi sosial şəbəkələrdə nəticənin ilk həftədən də təsir edəcəyi deyilir.

Proqram paketi pullu təklif olunur. Hətta daha inandırıcı etmək üçün üzü bağlı insanların müqayisəli şəkilləri də paylaşılır.

Səhifədə yazılanlara inansaq 50 manata 12 sm boyumuz uzana bilər .Pul isə ilk gündən ödənməldiir.

Maraqlısı budur ki, bunun üçünsə heç bir müayinə və analiz tələb etmirlər. Bu proqramlar hər nə qədər də inandırıcı görünməsə də, boy uzatmaq üçün müraciət edənlər də az deyil.

Mütəxəsislər isə tibbi cəhətdən bu iddiaların əsassız olduğunu deyirlər. Evdə hər hansısa hərəkətləri etməklə boy uzatmaq mümkün deyil

Lakin elə insanlar da var ki, həkimə getmədən evdə boy uzatmaq üçün bəzi hərəkətləri etməklə boy ölçülərinin uzandığını iddia edirlər.

Həkimlər isə deyir ki, təklif edilən proqramdakı bəzi idman hərəkətləri boy ölçüsünə təsir edir. Amma bu müvəqəti xarakter daşıyır.

Kortəbii şəkildə edilən məşqlər isə ağır fəsadlar törədə bilər.

Lakin boyu qısa insanlar da ümidlərini kəsməsinlər.25 yaşa qədər olan hər bir kəsin boyunun uzanma ehtimalı var.Bunun üçün isə sadəcə əl bilək nayihəsində yerləşən bəzi nöqtələrdə inkişafın davam edib-etmədiyini rentgen aparatı ilə yoxlatmaq lazımdır. Yalnız bundan sonra həkim məsləhəti ilə hər hansı bir proqram tətbiq edilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Boy uzatma dələduzluğu