Azərbaycan neftinin bir bareli 66 dollara satılır
Day.Az представляет новость на азербайджанском языке
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 66,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,56 dollar/barel azdır.
Day.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 12-də 60,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре