Hündür boy xərçəng xəstəliyinə riski artırır

14 марта 2018 08:45

Day.Az представляет новость на азербайджанском языке

Oksfordda tibb tədqiqatçıları milyondan çox xəstəni müayinədən keçirərək belə qənaətə gəlmişlər ki, xərçəng xəstəliyinə uzun boylu insanlar arasında daha çox rast gəlinir. Alimlər hətta belə bir formul da əldə etmişlər ki, orta boy həddindən 10 santimetr artıq olmaq 16 faiz daha çox xəstəliyə risk yaradır. Elm adamlarının fikrinə görə, buna səbəb inkişaf hormonlarında gizlənə bilər.

Lakin, İngiltərənin xərçəng xəstəliyini öyrənən təşkilatının alimləri isə xəstəliyə düzgün olmayan həyat tərzinin daha çox risk yaratdığını vurğulayırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!