Tanınmış aktyor evində ölü tapıldı - FOTOLAR

14 марта 2018 10:04

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Balıkesir vilayətinin Ayvalık qəsəbəsində tanınmış teatr aktyoru Namık Uğurlu evində ölü tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Namık Uğurludan bir müddət xəbər ala bilməyən yaxınları olayla bağlı polisə xəbər veriblər.

Polis və təcili yardım əməkdaşları Uğurlunun Barbaros Prospekti 1-ci küçədəki evinə gedərək çilingərin köməyi ilə qapını açıblar. Evə girən səlahiyyətlilər yerdə uzanıqlı vəziyyətdə olan Namık Uğurlunun öldüyünü təyin ediblər.

Uğurlunun cəsədi aparılan araşdırmadan sonra morqa göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!