Tanınmış meyxanaçı, Ağamirzə ölümdən döndü

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış meyxanaçı Ağamirzə başına gələn qorxunc hadisələrdən danışıb.

Yenicag.az-a açıqlama verən meyxanaçı hətta bir neçə dəfə ölümdən döndüyünü etiraf edib:

"Allah qarşısında ən böyük günah sübh namazını ötürməkdir. Bir nəfər imamın yanına gedib deyir ki günah işləmişəm. Neyləyim ki, bu günahdan qurtulum? İmam ona deyir ki, Allah bağışlayar, de görüm nə günahdır? Adam işlədiyi qəbahəti deyir. İmam da cavab verir ki, mən elə bildim sübh namazını ötürmüsən. İldə-ayda bir dəfə şeytan adamı yoldan çıxarır, namaza dura bilmirəm. O saat ürəyimə damır ki, pis hadisə baş verəcək. Həqiqətən də başıma dəhşətli iş gəlir. Bunu dəfələrlə sınamışam. Bir dəfə ağır avtomobil qəzası keçirtdim, ölümdən döndüm. Buna görə çalışıram ki, nəinki sübh, ümumiyyətlə, namazlarımın vaxtını ötürməyim. Buna görə də ən vacib tədbirləri, çəkilişləri belə təxirə çalıram. Dünən telekanalların birindən prodüser zəng edib xahiş etdi ki, verilişə gəlin. Dedim yox, namaz vaxtıma düşür".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.