Tillersonun istefasına Binəli Yıldırımdan münasibət

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə ilə Amerika arasındakı münasibətlər şəxslərə bağlı deyil.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edərkən hava limanında jurnalistlərin Tillersonun istefaya göndərilməsi ilə bağlı sualına cavab verərkən söyləyib.

"Mənim münasibət bildirməyimin mənası yoxdur. Türkiyə ilə Amerika arasındakı münasibətlər şəxslərə bağlı deyil".

Qeyd edək ki, Reks Tillerson  KXDR və İran siyasətinə dair Prezident Donald Trampın baxışlarını bölüşmədiyinə görə ötən gün dövlət katibi postundan uzaqlaşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.