Terrorçular əsgəri öldürmək üçün "Quran"dan istifadə etdilər

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün Türkiyə ordusu şəhid verib.

Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, çavuş Orhan Sürmen Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı zamanı şəhid olub.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, onun ölümü barədə yeni məlumatlar əldə edilib.

Türklərin İslama dininə həssaslığını bilən terrorçular onları tələyə salmaq üçün "Quran" kitabından istifadə ediblər.

TRT kanalının müdirininin sosial şəbəkədə verdiyi məlumatda qeyd olunub ki, şəhid hərbi qulluqçu yerdən içərisinə bomba qoyulmuş "Quran" kitabını götürmək istəyərkən baş verən partlayış nəticəsində ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.