Xaçmazda avtomobil aşdı: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı "Opel" markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.