Afaq Kamran Həsənlini biabır elədi: “Həddini bil” - VIDEO

14 марта 2018 13:32

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Kamran Həsənlinin "Space TV"-də yayımlanan "Onda başladıq" verilişində qalmaqal yaşanıb.

Day.Az-ın məlumatına görə, K.Həsənlini müğənni Afaq Aslanı "Müğənni olmaq istəyən Afaq Aslan" kimi təqdim etməsi müğənninin xoşuna gəlməyib. A.Aslan aparıcının bu təqdimatını "Samir Piriyevə pul ataraq yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi" sözlərini deyərək, verilişi tərk edib.

A.Aslan daha sonra K.Həsənliyə video müraciət ünvanlayıb: "Əslində Kamran Həsənli adlı bir aparıcı tanımırdım. Amma bir ara mediada onun haqqında xəbərlər yazılmışdı ki, fırıldaqçıdır, Samir Piriyevdən pul alıb, qaytarmayıb. Başa düşürəm ki, yeni veriliş açıb, reytinqini kiminsə üzərində qurmalıdır. Amma Kamran Həsənli, mən sənin üçün yem deyiləm. Sənin verilişinə reytinq lazımdırsa, onu get başqa müğənnilərin üzərində qur. Məni başqa müğənnilərlə qətiyyən səhv salma. Yumaram gözümü, açaram ağzımı. Özün də çox gözəl bilirsən ki, bu şou-biznesdə bütün müğənnilər məndən ehtiyat edir. Sənin barəndə bildiyim elə sirlərin üstünü açaram ki, el aləmə çıxa bilməzsən. Sən hələ get camaatdan aldığın borcları qaytar. Sən kimsən ki, mənim adımı da dilinə alırsan? Sən yaxşı aparıcı olsaydın, səni aparıcı kimi o kanaldan bu kanala atmazdılar. Aparıcı kimi özün özünü tapmamısan. Kamran Həsənli, mənimlə oynama. Mənə ilişən xeyir tapmır. Ona görə də həddini bil, ağıllı ol. Danışığına yiyəlik etməsən, səninlə başqa cür danışacağam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Afaq Kamran Həsənlini BİABIR ELƏDİ: "Həddini bil"

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!