Ağrılardan xilas olmaq üçün qurbağa yedi və ardınca dəhşət yaşadı…

Day.Az представляет новость на азербайджанском языке

Çində revmatizm ağrılarından xilas olmaq üçün 3 dənə çiy qurbağa yeyən qadının sinəsindən 14 sm uzunluğunda soxulcan cıxarılıb.

Bizim Yol xəbər verir ki, qurbağaları yedikdən bir neçə ay sonra mədə agrılarından şikayətlənən qadın Şanxayda xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, qadının sinəsində qurd var. Əməliyyatla çıxarılan qurdun uzunluğu həkimləri şoka salıb. Bağırsaq paraziti deyilən qurdun uzunluğu tam 14 sm olub.

Bu qurdun yaranma səbəbləri müxtəlif olsa da, ətin çiy və ya yarı bişmiş halda yeyilməsi əsas səbəblərindəndir.

Yao adlı qadının əməliyyatdan sonra sürətlə yaxşılaşdığı deyilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.