"Dövlətimiz elm adamlarının fəaliyyətinə yüksək dəyər verir"

Day.Az представляет новость на азербайджанском языке

Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan insanının intellektual səviyyəsini qaldırmaq, Azərbaycan elmini dünyada öncül yerlərə çıxarmaq üçün bu inkişaf çox vacibdir.

Day.Az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır.

"Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə aparmaqdır", - deputat vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.