"Virtual Məkanda Azərbaycan” layihəsində Vikipediya təlimi

Day.Az представляет новость на азербайджанском языке

Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan" layihəsinin növbəti təlimi baş tutub. Təlimçi Tərxan Paşazadə gənclərə Vikipediya, ondan istifadə qaydaları mövzusunda təlim keçib.

Day.Az xəbər verir ki, təlim çərçivəsində gənclərə Vikipediyanın əhəmiyyətindən, orda informasiyanın yerləşdirilməsi qaydalarından bəhs edilib. Təlim zamanı gənclərə praktiki olaraq Vikipediya hesabı açılıb və redaktə öyrədilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə həmçinin Vikipediya üzərindən də Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq vacib məsələlərdən biridir. Vikipediya təlimi gənclər üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki multiplayerlərdən ibarət Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar.

Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.

Eyni zamanda layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası", "Vikipediya təlimləri", "Sosial şəbəkələrdən səmərəli istifadə", "Məqalənin düzgün yazılma qaydaları", "Təlimçilər üçün təlim" kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.