Türkiyə Afrinin mərkəzində: daha 8 kənd azad edildi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 8 kəndi terrorçulardan təmizləyib.

Day.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Məlumata görə, Afrin istiqamətində Kori Gul, Şadir, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Quran kəndləri azad edilib.

Qeyd edək ki, Afrin ötən gündən mühasirəyə alınıb. Afrin şəhərinə bağlı kənar kəndlər isə bir-birinin ardınca terrorçulardan təmizlənir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.