Avropa Komissiyası viza rüsumunu artırır - Azərbaycan vətəndaşlarına təsir etməyəcək

14 марта 2018 16:33

Day.Az представляет новость на азербайджанском языке

Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.

Bununla belə qeyd olunur ki, artım 35 avro həcmindəki rüsumlara şamil olunmayacaq:

"Rüsum artırılması barədə qərar Avropa İttifaqı ilə Rusiya, Ermənistan və Azərbaycan kimi ölkələrlə imzalanmış sadələşdirilmiş viza rejimi barədə sazişlərə təsir etməyəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!