Bakıda mal-qara daşıyan avtomobil aşdı - VIDEO

14 марта 2018 17:24

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yük avtomobili aşıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. İribuynuzlu mal-qara daşıyan "Mercedes" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınında olan mal-qara yola dağılıb.

İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

X X X

Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb.

Day.Az-ın report-a istinadən xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində baş verib.

99-JH-641 dövlət qeydiyyat nişanlı "Mercedes Actros" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolayrıcı dəmir çəpərə çırpılaraq aşıb. Avtomobilin içərisində olan iribuynuzlu heyvanlar yol kənarına tökülüb. Bir heyvan tələf olub. Yolda sıxlıq yaranıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda mal-qara daşıyan avtomobil aşdı

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!