Ermənistan ən yoxsul 3 MDB ölkəsindən biridir

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan ən yoxsul MDB ölkələrinin ilk üçyünə daxil olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, yoxsulluq səviyyəsinin 29,4 faiz olduğu ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yeri tutur.

Azərbaycan isə MDB məkanında ən aşağı yoxsulluq səviyyəsi (əhalinin təqribən 5 faizi) olan ölkədir.

Qeyd edək ki, Rusiyada əhalinin 13,5 faizi yoxsullu səviyyəsində yaşayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.