ABŞ-da 80-dən çox avtomobil toqquşub

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Ohayo ştatının Morrou dairəsində şosedə 81 avtomobil toqquşub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya səbəb güclü qar yağması ilə yolda görüntünün pisləşməsi olub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Şosedə nəqliyyatın hərəkət təqribən 5 saat dayanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.