Məşhur aktrisanı ona dəyişdi - FOTO

14 марта 2018 20:19

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Cennifer Enistondan ötən ay boşanan aktyor Castin Terinin yalnızlığı uzun sürməyib. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, 46 yaşlı aktyor 25 yaşlı rəssam Petra Kollinzlə görüşür.

Cütlük bir neçə gün öncə restoranlardan birində şam edərkən görüntülənib. Bundan başqa, Teriyə yaxın mənbə onun Petra ilə hələ Cenniferdən boşanmamış münasibəti olduğunu söyləyib.

 

Ötən gün Castinin İnstaqramda Kollinzi işarələyərək paylaşdığı şəkil də onların sevgili olmasını sübut edib.

Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Onlar bu ilin fevralında rəsmən boşanıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!