Evində narkotik vasitə aşkar edildi...

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərlə mübarizə sahəsində əməliyyat axtarış tədbirləri həyata keçirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum həyatı yaşayan rayonun Qullar kənd sakini, 45 yaşlı Motuxov Şirvan Muxtar oğlunun üzərindəki gödəkçənin cibində kağız bükülüdə qanunsuz olaraq saxladığı 6,31 qram çəkidə narkotik vasitə aşkar edilib.

Şirvan Motuxovun Qullar kəndində yerləşən yaşayış evində, çarpayının altında bir ədəd sintetik kisənin içərisindəki qara rəngli sellofan torbaya yığaraq saxladığı, ümumi təmiz çəkisi 4 kiloqram 265 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Videonu izləmək üçün şəklə klikləyin:
Evində narkotik vasitə aşkar edildi...