Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı məxfi tədbirlər hazırlayır

Day.Az представляет новость на азербайджанском языке

Böyük Britaniya Rusiyaya qarşı "bir sıra məxfi tədbirlər" görəcək.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, bunu parlamentdəki çıxışında baş nazir Tereza Mey keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə bu ölkəyə qarşı cavab adddımlarını elan edərkən bildirib.

"Biz habelə elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib"-baş nazir deyib.

Tereza Mey parlamentdə Rusiyaya qarşı cavab tədbirlərinin ancaq bir qismini açıqladığını əlavə edib, eyni zamanda bildirib ki, Londonla Moskva arasında dialoqun tam kəsilməsi Britaniyanın milli maraqlarına cavab vermir. "Lakin ölkəmizə qarşı yönəlmiş bu dəhşətli hərəkətdən sonra münasibətlər daha əvvəlki kimi ola bilməz"-o bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.