"Azərbaycanda açilacaq iran klinikasinda qiymətlər yüksək olacaqsa..."

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanlılar İranda Tehranın bahalı klinikalarına deyil, ucuz xəstəxanalarına gedirlər".

Day.Az sherg.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib.

O diqqətə çatdırıb ki, insanların İrana müalicə üçün axın etməsinin səbəbi maddi faktordur:

"Azərbaycanda İran həkimlərindən ibarət klinika yaradılırsa, bu, hansı qanunlara uyğun fəaliyyət göstərəcək? Əsliondə Azərbaycan qanunvericiliyində boşluqlar var. Düzdür, xarici həkimlərin bir hissəsi burada işləyə bilir.

Amma Türkiyə və digər ölkələrdə belə asan mexanizm yoxdur. Orada imtahan verməlisən, müəyyən mərhələlərdən keçməlisən. Bu qanun tənzimlənsə, həmin klinikanın uzunömürlü olub- olmayacağı qiymətlərdən asılıdır. Azərbaycanda fəaliyyət göstərən İran klinikasında qiymətlər yüksək olacaqsa, insanlar yenə İrana üz tutacaq. Nəticədə o klinika Azərbaycan klinikalarından fərqlənməyəcək.

Hazırda ölkəmizdə İran həkimləri fəaliyyət göstərir və öz klinikaları da var. Amma bütün bunlar məsələnin həlli deyil. Əhalinin sosial müdafiəsini tam təmin etmək üçün icbari tibbi sığortaya keçmək lazımdır".

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.