Ana və körpəsi doğuş zamanı öldü

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayon mərkəzi xəstəxanasında ana və yeni doğulmuş körpəsi ölüb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağstafaya qohumları gilə qonaq gələn Cəlilabad sakini, 21 yaşlı Aytən Dadaşovanın doğuş sancıları başladığı üçün Tovuzdakı xəstəxanaya çatdırılıb.

Ancaq uşaq dünyaya gələn zaman ölüb. Bir müddət sonra isə ananın vəziyyəti pisləşib. Göstərilən tibbi yardıma baxmayaraq Aytən Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin yaxınlarının bildirdiyinə görə bu, qadının ilk hamiləliyi olub. Aytən Dadaşovanın və körpəsinin ölüm səbəbi hələlik bilinmir.

Tovuz rayon mərkəzi xəstəxanasından baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ana və körpəsi doğuş zamanı öldü