Bakı möhtəşəm Novruz şənliyinə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda novruz bayramı hazırlıqlarına başlanılıb. Hər il olduğu kimi bu il də bayram dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq. Qız qalasından start götürəcək bayram tədbiri dənizkənarı milli park boyunca davam edəcək və muzey mərkəzinin qarşısında başa çatacaq.

Bu il Novruz şənliklərinə simvolik olaraq Dədə Qorqudun xeyir-duası ilə start veriləcək.

Day.Az bildirir ki, müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri, tanınmış incəsənt ustaları, folklor qrupları, aşıqlar, xalq dastanlarında olan qəhrəmanlar və nağıl obrazları bayram şənliyində bir araya gələcək.

Novruz şənliyində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək.

Novruz hazırlıqlarını turistlər də maraqla izləyib.

Səhər saatlarından başlayacaq konsert proqramı axşamadək insanlara xoş ovqat bəxş edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı möhtəşəm Novruz şənliyinə hazırlaşır